Bu günün ramazan təqvimi
10 İyul 2014 11:05 (UTC+04:00)
Movqe.az
anspress-ə istinadən bu günün ramazan
təqvimini təqdim edir
12 ramazan 1435 – 10 iyul 2014
İmsaq: 04.50
İftar: 21.29
12-ci günün duası: "Allahummə zəyyin fihi bis-sətri vəl-əfaf.
Vəsturni fihi bilibasil-qunui vəl-kəfaf. Vəhmini fihi ələl-ədli vəl
insaf. Və amilni fihi kuli mA əxaf. Biismətikə ya
ismətəl-xaifin."
(İlahi, bu gün günahlarımı gizlətmək və mənə iffət bəxş etməklə
zinətləndir. Bu gün mənə qənaət libasını geyindir. Məni bu gün
ədalət və insafa sövq et. Bu gün məni qorxduğum şeylərdən amanda
saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların
qoruyucusu!)
Ayə: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki,
namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o
kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını
(həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr
istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can
atanlarsa həddi aşanlardır". /Muminun-1,2,3,4,5,6,7/
Hədis: "Əməllər niyyətlərə görədir. Hər kəsə öz niyyətinə görə
mükafat (savab) veriləcək. Ona görə də kim ki dünyəvi xeyir və ya
qadın üçün hicrət edərsə, onda onun hicrəti niyyətində olduğu şeyə
görədir".
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və
orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi
isternet saytından götürülüb.
P.S. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan
10-15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri
tərk etməlidirlər. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı
zəruri hala gətirir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara
+4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6,
Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul
+11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10,
Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15,
Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5,
Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3,
Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3,
Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən
+3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur
+18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11,
Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9