Müğənni Eldar Qasımov
"Qafqazinfo"ya müsahibə verib.
Movqe.az həmin müsahibəni təqdim edir:
- Daim öz üzərinizdə işləyən
ifaçılardansınız. Son olaraq "Onu sən de" mahnısına çəkilən klipi
tamaşaçılara təqdim etdiniz. Klip haqda
təəssüratlarınız.
- "Onu sən de" mahnısının klipi
Danimarkanın paytaxtı Kopenhagendə çəkilib. Klip üzərində bütün
dostlarım çalışıb. Rejissor Ramar Musayevdir. Qeyd edim ki, yaxın
zamanlarda mahnının ingilis dili verisyası da işıq üzü görəcək.
- Bundan sonrakı yaradıcılıq
planlarınız nələrdir?
- Sentyabrda inşallah yeni albomumuz işıq
üzü görəcək. Albom Azərbaycan dilində tamaşaçılara təqdim olunacaq.
Hələlik mahnılar yazılır, iş gedir. Bu ayın 18-də
Bilgəhdə solo konsertim olacaq. Bu konsertdə yeni mahnılarımı
təqdim edəcəm.
- Klipinizi dostlarınıza həsr
etdiyinizi bildirdiniz. Qeyd etdiniz ki, dırnaqarası dostlarınız
daha çox idi. Bu klip sizə əsl dostları tapmağa kömək etdi?
Belə çıxır ki, dostlarınız sizdən incik düşmüşdü və bu
klip ilə onların könlünü aldınız?
- Xeyr, sadəcə son bir neçə ay
ərzində mən depresiyaya düşmüşdüm. Özümü pis hiss edirdim. Səbəbini
də anlaya bilmirdim. Bir neçə gün evdə oturub çox fikirləşdim. "Axı
nədən belə olmuşam" deyə öz-özümə sual verirdim. Və anladım ki,
illərlə görmədiyim əsl dostlarım üçün darıxmışam. Hətta onların
çoxunun telefon nömrələrini belə bilmirəm. Məndən tez-tez
soruşurlar ki, nəyə daha çox heyfislənirsən? Heyfislənirəm
ki, son illər dostlarıma çox az vaxt ayırıram. Onlarla gec- gec
görüşürəm. Müəyyən bir anda başa düşməyə başladım ki, dostlarımın
haqqında ,onların necə yaşadıqları , nə ilə məşğul olduqları,
planları, problemləri haqqında heç nə bilmirəm. Anladım ki,
dostlarımın mənəvi dəstəyinə ehtiyacım var. Bu mahnı mənə
yaxın olan insanlara qarşı bütün duyğularımı, hisslərimi əks
edir.
- "Eurovisions"dan sonra şöhrət
başınızı gicəlləndirməyib ki?
- Yox, əsla. O vaxtlar dostlarım məni necə
görmüşdülərsə, indi də əvvəlki kimi səmimi, işimi sevən qalmışam.
Bu mahnı ilə dostarıma mesaj göndərdim ki, harda oluramsa olum,
sizlərlə görüşməsəm də siz həmişə mənim ürəyimdəsiz.
- Deyirlər Nigar Camalla aranız
dəyib…
- Xeyr, bu dedi-qodudur. Nigar hazırda
Türkiyədədir. Bir neçə gün öncə onunla telefonla danışmışıq.
- Haqqınızda yayılan hansı şaiyə
sizi təəccübləndirib?
- Deyirdilər ki, guya, Nigarla mənim
milyonlarımız, yaxtalarımız var. Bilmirəm bəlkə də var , amma bizə
hələ verməyiblər. (gülür)
- Elə isə sirr deyilsə , nəyiniz
var?
- Dostlarım, sevgim, xoşbəxtliyim, işim ,
evim, valideynlərim, fanatlarım var ki, məni ruhlandırırlar.
- Nəyiniz yoxdu?
- Sakitliyim, dincliyim, hövsələm
yoxdu. Bağım və ev heyvanım yoxdu. Çox istərdim ki, ev
heyvanım olsun. Sadəcə bu böyük məsuliyyətdir. Hansı səfərə getsəm,
onu kiməsə etibar etməyə ürəyim gəlməz.
- Valideynlərinizin boşanması sizə
mənfi təsir göstərir?
- Bəli, onlar boşanıblar. Lakin bu
ayrılıq mənə öz təsirinı göstərmir. Çünki hər ikisini çox
sevirəm və hər ikisi ağıllı, düşüncəli insanlardı. Elə ediblər ki,
mənə və qardaşıma sarsıntı yaşatmasınlar.
- Bu sizi nə vaxtsa, depresiyaya
salmayıb ki?
- Yox. Məni depresiyaya salan işim,
dostlarımın uzaq düşməsi və sevgi ola bilər.
- "Eurovision" müsabiqəsində
iştirak edən həmkarlarının çoxu nədənsə itib batıblar. Sizdə necə
pessimistlik yaranmır ki? Arxayınlaşmamısınz?
- Xeyr. Hərdən pessimist oluram və ondan
sonra da depresiyaya düşürəm. Amma yaxşı dostlar sağ olsun, məni
ruhdan düşməyə qoymurlar. Gördüyünüz kimi "Eurovision"
müsabiqəsindən sonra mahnılar yazdırmaqdayam. Yenə işləyirik, çoxlu
planlarımız var. Yaxın zamanlarda nəinki Azərbaycanda , onun
hüdudlarından kənarda da böyük layihələrimiz olacaq.
- Sirlərinizi kiminlə
bölüşürsünüz?
- Dostlarım və valideynlərimlə. Hərdən
qapalı oluram. Problemlərim olanda istəyirəm özüm həll edim.
- Yay istirahətini harada
keçirəcəksiniz?
- Solo konsertimdən sonra Türkiyəyə
istirahətə getmək fikrim var. Lakin tez qayıdacam, çünki qarşıda
işlərim çoxdur.