Azərbaycanda gənc arxeoloqların elektron jurnalı yaradılıb

10 İyul 2014 13:20 (UTC+04:00)

Azərbaycanda gənc arxeoloqlar "Gənc arxeoloq" adlı elektron jurnal yaradıblar.

Layihəyə təşkilatı dəstəyi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu göstərib.

İnstitutdan Trend-ə verilən məlumata görə, jurnalın məqsədi Azərbaycan gəncliyini arxeologiya elmində baş verən yeniliklər barədə elmi - populyar dildə məlumatlandırmaq, ölkəmizdə gənclərin elmə olan marağını artırmaqdır.

Elektron jurnal gənc nəslin maddi-mədəni irs ilə yaxından tanış olmasına, gənclər arasında xalqımızın tarixi keçmişinin öyrənilməsinə və gələcəkdə arxeoloqiya elminə marağın artırılmasına yardımçı olacaq.Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun kiçik elmi işçisi Ceyhun Əliyevdir.

Elektron jurnalın səhifələrində oxucular Azərbaycanın arxeoloji materialları, yeni tapıntıları ilə yanaşı dünya arxeologiyasının yenilikləri ilə də tanış olmaq imkanı əldə edəcəklər.Yaxın zamanlarda elektron jurnalın rəsmi təqdimatı keçiriləcəkdir.Elektron jurnal www.gencarxeoloq.com ünvanında fəaliyyət göstərir.