"Mehriban əzilən deyil"-Mehriban Xanlarova

10 İyul 2014 13:25 (UTC+04:00)
Aktrisa Mehriban Xanlarova yenidən sərt açıqlaması ilə gündəmə gəlib. Mövqe.az xəbər verir ki, aktrisa onu bəyənməyənlərə, maskalı, ikiüzlü hesab edənlərin cavabını verib. Mövqe.az-a danışan aktrisa bildirib ki, o çox emosional qadındı: "Bəli, mən emosionalam. Haqqı deyirəm. Məgər efirdə insan haqqı deyəndə, düz danışanda həyasız adlandırılmalıdır?. Mənə həyasız deyənlərin kaş mənim kimi insanlığı, kimliyi olsun. Məni əzib, tapdalayıb, keçmək istəyirlər. Amma bilmirlər ki, Mehriban əzilən deyil. Mən maskasız insanam!".