"Həyatımda otur-dur etdiyim biri olub"-ETİRAF

10 İyul 2014 13:38 (UTC+04:00)
Səmimi etirafları ilə daim seçilən müğənni Mənzurə Musayeva yenidən şəxsi həyatı ilə bağlı gündəmə gəlib. Mövqe.az xəbər verir ki, müğənni ayaqüstə yalnız öz hesabına durduğunu bildirib: "Bəli, həyatımda otur-dur etdiyim biri olub. Ancaq bir kişi deyə bilməz ki, Mənzurəyə bir qəpik xərcləyib. Özüm qazanıram. Heç kəsə ehtiyacım yoxdu. Mən həmişə düz oturub, düz durmuşam".