İbrahim Tatılsəsə acı xəbər

6 İyul 2012 13:19 (UTC+04:00)

Movqe.Azxəbər verir ki, qəza gülləsi ilə başından vurulduqdan sonra İbrahim Tatılsəsin sahib çıxdığı kiçik Yusuf həyata ümidini itirib.

Türkiyənin Şanlıurfaəyalətində ötən günlərdə sərnişini olduğu mikroavtobusda silahlı hücuma məruz qalan və məşhur sənətçi İbrahim Tatılsəsin sahib çıxması nəticəsin İstanbula gətirilərək "Maslak Acıbadem" Xəstəxanasında müalicə alan 7 yaş Yusuf Kərəm Dəmirəlin beyin ölümü təhlükəsi ilə üzləşib.

Yusuf Kərəm Dəmirəl yaşanan hücum nəticəsin ağır şəkildə yaralanaraq qaldırıldığı xəstəxanada reanimasiya olunub. Təxminən bir həftə boyunca reanimasiyada qalan Yusuf Kərəm yaşamaq uğrunda mübarizəsini davam etdirdiyi bir vaxtda hadisə haqında xəbər tutan İbrahim Tatlısəs uşağın ailəsi ilə əlaqə yaradaraq Yusuf Kərəmi təyyarə təcili yardımı vasitəsi ilə İstanbul Acıbadem Xəstəxanasına qaldırılmasını təmin etmişdi.

Burada müalicəsini davam etdirən Yusuf axşam saatlarında beyin ölümü keçirib. Xəstəxana rəsmilərindən alınan məlumata görə ailəsi Yusuf Kərəmin orqanlarını bağışlamağı qəbul edib. Ancaq hansı orqanların bağışlanacağı aparılacaq tədqiqatlardan sonra ortaya çıxacağı və cənazənin istintaq tamamlandıqdan sonra Şanlıurfaya aparılacağı deyilir.

"BEYNİNDƏKİ ZƏDƏ TƏRPƏDİLƏ BİLMƏZ"

Müalicə alınan kiçik Yusuf üçün dünən xəstəxanadan ilk açıqlama verilib. Şərhdə bu ifadələrə yer alıb; "9 yaşlı Yusuf Kərəm Dəmirəl ailəsinin istəyi və yaxınlarının dəstəyi ilə 3 iyulda yəni çərşənbə axşamı günü Acıbadem Maslak Xəstəxanasına gətirilmişdir. Xəstəxananın reanimasiya xidmətinə alınan Yusuf Kərəm Dəmirəlin beyin cərrahiyyəsi üçün reanimasiya və radioloji mütəxəssisləri tərəfindən aparılan qiymətləndirilməsi nəticəsində beynindəki zədənin tərpədilməz bir halda olduğu təsbit edilmişdir. Yüksək riskli xəstəliklə mübarizə aparan xəstə reanimasiya xidmətində süni tənəffüs aparatı ilə tənəffüf üdirdi."

Ancaq bu gün kiçik Yusuf həyatla mübarizəsini itirdi.