Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

10 İyul 2014 16:28 (UTC+04:00)

Rusiyada axtarışda olan şəxsi Azərbaycan polisi tutub.

 

Mövqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında axtarışda olan Vüqar Məhərrəmov tutulub.

 

Qeyd edək ki, V.Məhərrəmov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 158-ci (oğurluq) maddələri ilə axtarışda olub.