Səhiyyə naziri vətəndaşlarla görüşəcək

10 İyul 2014 17:40 (UTC+04:00)

Oqtay Şirəliyev Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcək

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Oqtay Şirəliyev 11 iyul 2014-cü il tarixində saat 11:00-da Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcək. Nazir Sumqayıt sakinləri ilə yanaşı Qubadlı, Abşeron, Xızı, Siyəzən rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.


Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləçək və lazımi tədbirlər görüləcək.


Qəbula yazılmaq istəyən vətəndaşlar Sumqayıt 1 saylı şəhər xəstəxanasında qeydiyyatdan keçə bilərlər.