Xatirə iftar süfrəsi açacaq

10 İyul 2014 18:40 (UTC+04:00)

Müğənni Xatirə İslam iftar süfrəsi açacaq. 


Axşam.az-ın məlumatına görə, bu haqda sənətçi əməkdaşımızla söhbətində deyib: 


"Artıq neçə ildir ki, oruc tuturam. İndi də bağıma köçmüşəm, burada qalıram. Orucumu tutur, dincəlirəm. Sabah iftar süfrəsi açacam. Bir neçə yaxın dostumu dəvət etmişəm". 


Xatirə yaxın günlərdə həmkarı Rüfət Axundovla birlikdə işlə bağlı xaricə gedəcəyini də söyləyib.