Kürəkəni Elzanı utandırdı

10 İyul 2014 18:55 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin nişanlanması barədə xəbər vermişdik.


 Axşam.az-ın məlumatına görə, "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verilişinin qonağı olan müğənni ad günündə gələcək kürəkəninin ona göndərdiyi hədiyyədən danışıb:

 

"Kürəkənim ad günümdə mənə pul yollamışdı. Deyirdi ki, ürəyi nə istəyir, özü alsın. Qəbul etmədim, geri qaytardım, utandım. Mənim üçün hədiyyələr o qədər də önəmli deyil. Ən əsası, qızımla birlikdə xoşbəxt olsunlar. Amma qudalarımın gətirdikləri hədiyyələri qəbul etdim".