Azərbaycan qadın snayperlər hazırlayacaq

10 İyul 2014 19:14 (UTC+04:00)

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC tərəfindən hərbi xidmət çağırışçıları üçün ixtisas kursları yenidən bərpa olunacaq. Movqe.az-ın xəbərinə görə, bu barədə "ans press"ə verilən məlumata görə, SHXÇDX-nin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-dən məlumat verilib. Cəmiyyətdən bildiriblər ki, hazırda aşpaz və sürücülük ixtisası üzrə mütəxəssislərin hazırlığı həyata keçirilir. Snayper, kəşfiyyatçı, paraşütçü, kinoloq və digər kursların başlanması istiqamətində işlər davam etdirilir: "Nazirlər Kabinetinin qərarı ilə bizə bu kursların yaradılması barəsində səlahiyyət verilib. Güc strukturları müəyyən sifarişlər verməlidirlər. Hərbi xidmət haqqında qanunda bildirilib ki, həmin ixtisaslar üzrə sifarişlər verilməlidir. Həmin sifarişlər üzrə də mütəxəssislər hazırlanmalıdır". Cəmiyyətdən bildiriblər ki, snayper kurslarına müəyən məhdudiyyətlər var. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə snayper ixtisası üzrə kerslarda yalnız çağrışçılar iştirak edə bilərlər. 17 yaşına çatmış hərbi çağrışçı snayper kurslarına cəlb oluna bilər:

"Adi vətəndaşların gəlib snayper kurslarına yazılması qeyri mümkündür. SHXÇDX-nin birbaşa vasitəçiliyi ilə bu kurslarda iştirak etmək olar. Kurslarda iştirak etmək üçün SHXÇDX-ə müraciət edilməldir. Qanunvericiliyə görə, 17 yaşı tamam olub amma hərbi xidmətə hələ ki getməyən çağrışçılar sanyaper kurslarında iştirak edə bilərlər. Həmin şəxslər istək və arzusu nəzərə alınaraq həmin kurslara cəlb olunurlar".

Hazırda snaper kurslarında iştirak edəcək olan şəxslərin sayı məlum deyil. İştirakçıların sayı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.

Cəmiyyətdən bildiriblər ki, xanımların snayper kurlarına cəlb olunması məsələsi hələ ki, Nazirlər Kabinetinin qərarında öz əksini tapmayıb:

"Yalnız hərbi xidmət çağrışçıları bu kurslarda iştirak edə bilərlər. Qadınlar hərbi xidmətə çağırılmadıqları üçün bu kurlarda iştirak edə bilməzlər. Xanımların da bu kurslara cəlb olunmaları üçün gələcəkdə müəyyən addımlar atılacaq. Yəqin ki bununla bağlı müəyyən təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq".