Cəbhədə atəş səsləri səngimək bilmir

11 İyul 2014 10:40 (UTC+04:00)

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Qarşı tərəf cavab atəşi ilə susdurulub.