Gəncədə qadının yaşadığı evdən meyiti tapıldı

11 İyul 2014 13:07 (UTC+04:00)

Gəncədə qətl hadisəsi törədilib.


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Atatürk prospektində baş verib.

 

1964-cü il təvəllüdlü Firuzə Vəliyevanın meyiti yaşadığı evdə aşkarlanıb. Onun kim tərəfindən qətlə yetirildiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.