Ermənilər əsir götürüldüyü iddia edilən azərbaycanlının fotosunu yaydılar

11 İyul 2014 13:32 (UTC+04:00)

Cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilir. 


Anspress-in məlumatına görə, bunu erməni mətbuatı iddia edir. Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır. Artıq erməni mətbuatı əsirin fotosunu da yayıb. 


Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür. 


Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni mətbuatının iddiası araşdırılır. Yaxın dəqiqələrdə bununla bağlı açıqlama veriləcək.