Sabirabadda intihar hadisəsi

11 İyul 2014 13:59 (UTC+04:00)

Ötən gün Sabirabadda intihar hadisəsi baş verib. 


Rayon polis şöbəsindən anspress-ə verilən məlumata görə, rayon sakini, ruhi xəstə Eston Ağabalayev yaşadığı evin 3-cü mərtəbəsindən özünü atıb.


Eston Ağabalayev ağır yaralanıb. Onu təcili yardımla xəstəxanaya aparıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.


Qeyd edək ki, Eston Ağabalayev uzun müddət əsəb xəstəliyində əzab çəkib. Onun ruhi xəstə olduğu bildirilir. Ehtimal olunur ki, o, bu səbəbdən özünü hündürlükdən yerə atıb.


Faktla bağlı araşdırma aparılır.