Bakıda azyaşlı uşaq 3-cü mərtəbədən yıxılıb öldü

11 İyul 2014 14:14 (UTC+04:00)

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ötən gün baş verib.


Belə ki, Nəsimi rayonu Cavadxan küçəsində azyaşlı Zamiq Kərimov 3-cü mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.