Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

11 İyul 2014 14:30 (UTC+04:00)

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, qaztənzimləyici qurğunun quraşdırılması və mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 18:00-dək Suraxanı və Yasamal, işlər başa çatanadək isə Qaradağ və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.