Azərbaycanda əhalinin gəlirləri artıb

11 İyul 2014 16:10 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 17,8 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 3,3% artıb.


Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% yüksəlib. 

 

Bu dövr ərzində gəlirlərin 70,2%-i son istehlak xərclərinə, 9,2%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 %-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,0%-i isə yığıma yönəldilib.

 

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,0% çox vəsait qalıb.