İsrail paytaxtına raket atıldı

11 İyul 2014 16:36 (UTC+04:00)
"Həmas" İsrailin paytaxtı Tel-Əvivdə yerləşən hava limanını partladıb. 

ANS PRESS-in məlumatına görə, bunu "Həmas"ın üzvü İzzəddin əl-Kassam söyləyib. 

O, iddia edib ki, İsrail paytaxtındakı "Ben Gurion" hava limanı M75 tipli rakaketlərlə vurulub:

"Hava limanı ilk dəfə hədəf seçildi və 4 M75 tipli raketlə vuruldu".

İsrail ordusunun mətbuat katibliyindən isə bu iddialara cavab veriblər. 

Ordudan bildirilib ki, Qəzzadan Tel-Əvivə atılan 3 raket tez bir zamanda zərərsizləşdirilib.