Məryəm Üzerli "yox" dedi !

11 İyul 2014 17:22 (UTC+04:00)

Acun İlıcalının ardından Star TV-nin rəhbərliyi Məryəm Uzerlini Berlində ziyarətə gedib və iş təklifi edib. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İlıcalının "Yetenek Sizsiniz"də münsif üzvlüyü təklif etdiyi Uzerliyə, Star rəhbərliyi də astronomik ödənişlə kanalın üzü olmasını təklif edib. Ancaq Acun Ilıcalının təklifini qəbul etmədiyi öyrənilən Uzerli, digər təkliflə əlaqədar də düşünmə müddəti istəyib. 

Xatırladaq ki, qızını böyüdən Uzerlinin Türkiyəyə və iş həyatına dönmə mövzusunda qərarsız olduğu bildirilir.