Masallının Xırmandalı kəndində də yeni həkim məntəqəsi açılıb

11 İyul 2014 11:00 (UTC+04:00)

...Qızmar Günəş hər yanı yandırsa da elə biləsən Xırmandalı kəndində adamlar bunu hiss etmirdilər. Musiqi çalınırdı, oxuyurdular. Cavanlar, yaşlı - qoca insanlar, ağ xalatlı həkimlər yeni binanın qarşısına toplaşmışdılar. Əllərində Azərbaycanın Bayrağı, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin portretləri vardı. 


Yurdumuzun bir parçası sayılan Xırmandalı kəndinin adı qədim türkdilli Xırmandalı tayfasının adından götürülmüşdür.Oğuz tayfasının Şamlu qoluna mənsub olan bu tayfanın adı mənbələrdə harmandalu /xırmandalı/xərbəndəlu/ xudabəndəlu/xarmandalı kimi qeyd olunmuşdur. Orta Asiyada , Cənubi Azərbaycanın Zəncan vilayətində və Anadolu bölgəsində yaşamışlar.XI-XII əsrlərdə bu tayfanın nümayəndələri Qəzvində dövlət yaratmışdılar.XVI əsrdə bu tayfanın bir hissəsi Ərdəbil ərazisində məskunlaşır.Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan xırmandalılar,I Şah İsmayılın və I Şah Abbasın hakımıyyətə gəlməsındə və dövlətın möhkəmləndırılməsındə göstərdıklərı xıdmətə görə Şahsevənlər adını qazanmışdılar.Tayfa başçılarının Quba xanı Fətəli xana (1758-1789) yazdıqları məktub əsasında onlara Muğandan Şabran- Müşgül ərazisinə kimi yaşamağa icazə verilmışdır.Xırmandalıların bir hissəsi XVIII əsrın 60-70-cı illərində Xəzər dənizinin sahilində- balıq və quş ovu,həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanlari olan ərazidə Xırmandalı kəndının əsasını qoyurlar.Kəndin ilk sakini Kələntər Hüseyn olmuşdur.


Kənddə təqribən 1860-1917-ci illərdə Bakı milyonçusu D.L. Mayılova məxsus balıq emalı və satışı şırkəti fəaliyyət göstərmişdir.


1918-cı ildə Muğan kəndlərinə hücum edən rus-erməni birləşmələri Xırmandalı kəndində dinc əhaliyə qarşı qırğinlar törətmişdir.


1918-1919-cu ilin avqust ayına kimi Muğan Sovet Respublikası qurulmuşdur.


1974-cü ildə kəndin ərazisindən Azərbaycan Atabəylər dövləti (1136-1225) dövründə zərb edilmiş pul dəfinəsi aşkar edilmişdir.Xırmandalı Muğanın qədim kəndlərindən sayılır.


Əhalisi  4500 nəfərə yaxındır.   Hacıtəpə, Təklə, Ərəb və başqa kəndlərlə həmsərhəddir. Kəndin əsas məşğuliyyəti ə kinçilik və heyvandarlıqdır.

 

Bura toplaşan əhalinin məqsədi aydın idi. Xırmandalı və ətraf kənd ərazilərinin nümayəndələri, sakinləri burda açılacaq yeni həkim məntəqəsinin açılışına yığışmışdılar.Onlar Masallı Rayon İcra Hakimiyyəti Başçısı kollektivini, rayonun idarə, müəssisə rəhbərləri, mətbuat işçıiərinin və digər rəsmi şəxslərin iştirakını gözləyirdilər.Və onlar gəldilər...


Xəbər verdiyimiz kimi bu gün, 10 iyul 2014 - cü il tarixdə Masallı rayonunun Xırmandalı kəndində həkim məntəqəsinin açılış mərasimi olmuşdur.


Təntənəli   açılış mərasimində ilkin söz söyləyən Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimov gələn qonaqları salamlamış, belə bir müasir həkim məntəqəsinin tikintisinə görə ölkə prezidenti Cənab İlham Əliyevə, rayon icra hakimiyyəti rəhbərliyinə və bütün əməyi olan şəxslərə özünün və kənd sakinlərinin adından minnətdarlığını bildirdi.O dedi ki, əhalimizin həyatında əlamətdar bir gün, yaddaqalan bir hadisə baş verir.Həkim məntəqəmiz istifadəyə hazırdır.


Xırmandalı kənd Ağsaqqallar Şurasının sədri Əhliman Hüseynov bildirdi ki, məntəqəmiz bərbad halda idi.Bütün işlər çətin ev şəraitində aparılırdı.Daha belə olmayacaq. Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOVA ucqar kəndlərə qayğısına görə təşəkkür edirik.Bizim üçün sevindirici haldır ki, rayon rəhbərliyi kəndlərimizi daha abad və yerində görmək istəyirdi, danışmışdı, demişdi ki, bütün infrastruklara əməl olunacaq, etdi də...


Kəhdin ziyalı təbəqəsinin üzvü, Xırmandalı kənd tam orta məktəbinin müəllimi Azadə Xəlilova ağsaqqalın sözünə qüvvət verdi, danışdı ki, həqiqətən son iki ildə ucqar kəndlərimizə diqqət və qayğı boş sözlə deyil, əməllə həyata keçirilr.Əvvəllər belə olmamşdı, baxımsızlıq vardı, bu "ögey - doğmalığı" Masallı Rayon İcra Hakimiyyəti aparatı, şəxsən Başçımız hörmətli Rafil müəllim aradan qaldırdı.


Masallı Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Cəlil Xəlilov, kənd sakini Möhübbət Qasımov və baıqaları da məntəqə istifadəyə verildikdən sonra uşaqlar və yaşlılar arasında sağlamlığa diqqət daha da artırılacaqdır. Əvvəllər Xırmandalı kəndində tibb məntəqəsi yararsız olmaduğundan əhaliyə olan normal tibbi xidmət göstərmək olmurdu. Yoluxucu xəstəliklərin gündən - günə artdığı bir şəraitdə uşaqlar vaxtında və keyfiyyətli peyvənd olunmurdu, rayon mərkəzi xəstəxanasına müraciət etmək isə kənd sakinləri üçün böyük çətinliklər yaradırdı.İndi bu narahatçılıq daha olmayacaqdır...

Onlar kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, hər bir kənd sakinlərinə sağlam ömür arzulayaraq tibb məntəqəsinin insanların həyat və sağlamlıqlarında önəmli olacağını tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.


Xırmandalı kəndində yeni həkim məntəqəsinin açılması münasibətilə keçirilən təntənəli   açılış mərasimində təbii ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV , rayonun idarə, müəssisə rəhbərləri, mətbuat işçıiəri və digər rəsmi şəxslər  iştirak edirdilər.


Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etdi. Hər bir kənd sakinlərinə sağlam ömür arzulayaraq vurğulamışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, bütün rayonlarda olduğu kimi Masallı rayonunda da, o cümlədən Xırmandalı kəndində də sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir, əhalinin vəziyyəti yaxşılaşır və bu sahədə işlər davam. Bu gün açılışını etdiyimiz həkim məntəqəsi müasir tələblərə cavab verən şəkildə təchiz olunması bu inkişafın əyani sübutudur. Dövlət rəhbərinin səhiyyə sistemində apardığı uğurlu islahatlar regionlardan uzaq kəndlərdə səhiyyə ocaqlarının bərpa etdirilməsi sağlam cəmiyyətinin formalaşmasına, ölkə vətəndaşlarının daha yaxşı səhiyyə xidməti göstərilməsinə şərait yaradır.Ölkə rəhbərliyinin apardığı ardıcıl siyasət Masallıda da uğurla davam edir.Rayonumuzda böyük işlər aparılır.O cümlədən tibb sahəsində...3 xəstəxana fəaliyyət göstərir - Masallı mərkəzi və 2 kənd xəstəxanası.Kalinovka və digər 1 kənd xəstəxanası bu il istifadəyə veriləcək.Mərkəzi xəstəxana düzəldikdən sonra öz dializ aparatları ilə təchiz olunacaqdır.Qan bankı barədə fikirləşirik.Kəndlərimizdə 11 həkim məntəqəsi ev şəraitində, yararsız, günün tələbləri səviyyəsidə deyldi, ortabab idi.Onları təzələri ilə əvəz edirik.Bu işimizi digər kəndlərimizdə də davam etdirəcəyik...


Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOVUN çıxışından sonra hamı əl çaldı.O, rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşlar. 


Sonda xatirə şəkli çəkdirildi.Hamı sevinirdi.Qızmar yay Günəşi öz hərarətindəydi, xırmandalılılar, ətraf kəndin sakinləri sevinirdilər.

 


Yeni həkim məntəqəniz mübarək!