Yarım saatlıq gəzinti insanı 20 - dək xəstəlikdən qoruyur

11 İyul 2014 20:22 (UTC+04:00)

Hər gün gəzintiyə ayrılmış yarımca saat vaxt 20-dək xəstəliyin əmələ gəlməsi riskini azaldır. Son 4 ildə 40 tədqiqatın nəticələrini öyrənən İngiltərə alimləri belə qənaətə gəlmişlər. Sağlamlıq durumunu yaxşılaşdırmaq üçün insanın fiziki fəallığı həftədə 150 dəqiqə təşkil etməlidir. O, gündə ya yarım saat sürətlə yeriməli, ya da velosiped sürməlidir. Alimlərin fikrincə, bu, ahıl yaşlarda ürək xəstəlikləri, insult və kəmağıllıq riskini azaldır.

Fiziki hərəkətlər, həmçinin osteoporoz, 2-ci tip şəkərli diabet, depressiya, piylənmə və yüksək qan təzyiqini vaxtında üzə çıxarmağa kömək edir. 30 dəqiqəlik gəzinti isə xərçəng xəstəliyinin qarşısını alır. Alimlər aydınlaşdırmışlar ki, fiziki baxımdan fəal insanlar arasında prostat vəzi xəstəliyi göstəriciləri xeyli aşağıdır. Gəzinti vaxtını artırdıqca müsbət təsir də çoxalır.