"Orucluq başlayandan yatmıram"

12 İyul 2014 14:03 (UTC+04:00)

Xanəndə Elnarə Abdullayeva "Star life" verilişinə açıqlama verib.

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki , ifaçı anası dünyasını dəyişəndən sonra məclislərə getmədiyini deyib:

"Atam dünyasını dəyişəndə toylara gedirdim. Çünki mənə anam dəstək olurdu. Amma anam rəhmətə gedəndən sonra məclislərə getmədim. Dəstək olanım yoxdur. Ramazan ayı anamın ən sevdiyi ərəfə idi. Hər il orucunu tuturdu. Orucluq başlayandan mən gecələr səhərə kimi yatmıram. Oturub dualar edirəm".