Bir gecədə 35 nəfər yoxa çıxdı

12 İyul 2014 15:13 (UTC+04:00)
Türkiyənin İzmir şəhərində faciə yaşanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İzmir sahillərində göyərtəsində 37 nəfər olan gəmi batıb. Hadisə gecə saatlarında baş verib. Gəminin batması nəticəsində yalnız 2 nəfər xilas olub. Gəmi sahildən təxminən 10 kilometr uzaqlıqda batsa da xilas olan iki nəfər sahilə qədər üzə bilib.

Qalan 35 nəfər isə itkin düşüb. Onların miqrant olduğu bildirilir. Qeyri-qanuni yolla Türkiyə ərazisinə keçmək istəyiblər. Xilas olanlardan biri Suriya, digəri isə Əfqanıstn vətəndaşıdır.

Hazırda İzmir Sahil Təhlükəsizlik Qüvvələri gəminin batdığı ərazidə itkin düşənlərin tapılması istiqamətində axtarışlar həyata keçirir.