Azərbaycanda cəzaçəkmə müəssisələrinə yeni rəislər təyin olunub

12 İyul 2014 15:26 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişiklikləri olub.

Movqe.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun APA-ya verdiyi məlumata görə, ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə bir neçə təyinat olub.

Ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə mayoru İsmayılov Elnur Nazim oğlu 3 saylı İstintaq Təcridxanasına rəis vəzifəsinə təyin olunublar.

Nazirin əmri ilə həmçinin ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı Cəzaçəkmə Müəssisənə, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı Cəzaçəkmə Müəssisənə rəis müavinləri təyin olunublar.

Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar Müəssisəsinə mühafizə taborunun komandiri təyin olunub.