Bakıda silsilə quldurluqlar etmiş şəxs ələ keçdi

12 İyul 2014 16:00 (UTC+04:00)
Bakıda silsilə quldurluqlar etmiş keçmiş məhkum tutulub.

Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Süleyman Əsgərov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, o, mayın 23-də R.Tağıyev küçəsində Eldar Alxasova taksi kimi idarə etdiyi "Reno" markalı avtomobilində bıçaqla hədə qorxu gəlib 27 manatını alıb. Bundan əlavə, iyunun 29-da Mətbuat prospektində Fərid Cəfərovu bıçaqla hədələyərək 118 manatını, iyulun 9-da isə Nicat Sərdarlını həyərək 100 manatını və 20 türk lirəsini əlindən alıb.

S.Əsgərovun cinayət əməlləri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.