Bakının məşhur otelindən oğurluq edildi
12 İyul 2014 16:10 (UTC+04:00)
Binəqədi rayonu ərazisində yerləşən "Elite" otelində oğurluq baş
verib.
Movqe.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, oteldə olan Bakı şəhər sakini Qurban
Osmanova məxsus içərisində 225 manat və qızıl üzük olan kisə
oğurlanıb.
Məlumat daxil olan kimi Binəqədi rayon Polis İdarəsi əməkdaşları
əməliyyata başlayıb. Keçirilən əməliyyat nəticəsində oğurluğun kim
tərəfindən törədildiyi müəyyən olub.
Aparılmış araşdırmalar zamanı oğurluqda şübhəli bilinən Rəşvin
Əliyev tutulub.
Faktla əlaqədər cinayət işi başlanıb.