FHN-dən yanğın açıqlaması

12 İyul 2014 18:00 (UTC+04:00)
Binə ticarət mərkəzində baş verən yanğının səbəbləri məlum olub.Movqe.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilnə məlumata görə, yanğın ticarət mərkəzində mağazaların birində qeydə alınıb.


Yanğın mağazadakı elektrik naqillərində yaranan qısaqapanma zamanı olub. Haisə zamanı tüstüləmə olub. Hadisə yerinə çağırılan yanğınsöndürənlər təcili olaraq yanğının qarşısını alıblar.

Hadisə zamanı heç kim xəsarət alan olmayıb.