TQDK xəbərdarlıq etdi

12 İyul 2014 18:18 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrlarla bağlı məlumat yayıb.

Movqe.az xəbər verir ki , Komissiyadan verilən məlumata görə, bakalavrlar qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul 2014-cü il tarixində saat 17:00-da başa çatıb.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcək.