Hadisə zamanı binanın 4 nəfər sakini təxliyyə edilib.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda 16-mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkan qəfəsində elektrik paylayıcısı yanıb.
Mənzillər yanğından mühafizə olunub, zərər çəkən isə yoxdur.
Türkan Nadirqızı
Movqe.Az