Bakıda qadını evində öldürdülər
12 İyul 2014 19:00 (UTC+04:00)
Ötən gün Bakının Nəsimi rayonunda mənzillərin birində qadın meyidi
tapılıb.
Movqe.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, məlumat daxil olan kimi dərhal hadisə yerinə
hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Araşdırmalar zamanı qadının bıçaqla öldürüldüyü məlum olub. Qətlə
yetirlən şəxsin mənzil sahibəsi Natəvan Əliyeva olduğu bilinib.
Dərhal cinayətlə bağlı araşdırmalara başlanılıb.
Hazırda polis qadının kimi tərəfindən qətlə yetirildiyini
araşdırır.