Girov azərbaycanlı ilə bağlı xəbər var
12 İyul 2014 19:06 (UTC+04:00)
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası dünən əsir düşdüyü deyilən Quliyev Şahbaz Cəlal
oğlu ilə bağlı bizə müraciət edib".
Movqe.az xəbər verir ki , bu haqda Beynəlxalq Qızıl Xaç
Komitəsi Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova
deyib.
Onun sözlərinə görə, Dövlət Komissiyası BQXK-yə etdiyi müraciətində
əsir düşdüyü iddia edilən Quliyev Şahbaz Cəlal oğlu adlı şəxs
haqqında kütləvi informasiya vasitələrində yayılan məlumatların
aydınlaşdırılması bildirilir.
"Mediada yayılan xəbərləri araşdırağıq. Bundan sonra fakt təsdiqini
taparsa, o zaman müvafiq işləri həyata keçirməyə başlayacağıq",
deyə İlhaə Hüseynova bildirdi.
Qeyd edək ki, iyunun 11-də cəbhə xəttində bir azərbaycanlının
Ermənistan tərəfə əsir düşdüyü deyilirdi. Ermənistan mətbuatı əsir
düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu
olduğunu yazır.
Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən
Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.
Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verib ki, Ermənistan
kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən
şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.