Cəbhədə gərgin gecə
12 İyul 2014 19:10 (UTC+04:00)
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Movqe.az xəbər verir
ki , Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs
rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız
yüksəkliklərdə və Berd rayonunun Ayqedzor kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi
atəşə tutublar.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun
Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Xocavənd
rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.