Bakıda “Pay Point” qənimləri ifşa olundu
12 İyul 2014 20:11 (UTC+04:00)
Bakının Xəzər rayonunda "Pay Point" aparatlarından pul
oğurlanlardan daha biri tutulub. Movqe.az-ın Daxili İşlər
Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
əməliyyat Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşları
tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də
mağazalardakı "Pay Point" aparatlarından pul oğurlamış qrupun digər
üzvləri, Lənkəran şəhər sakini Nurlan Baxşıyev tutulub. Bundan
başqa, daha bir qrup üzvü Ramil Bəşirovun da oğurluqda əli olduğu
müəyyən olub.
N.Baxşıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Rza
Əkbərova məxsus mağzadan 50 manat oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.