Diş ağrısına dözməyən qadın özünü öldürdü
12 İyul 2014 21:03 (UTC+04:00)
İngiltərədə inanılmaz intihar hadisəsi baş verib.
Movqe.az ANS PRESS-ə istinadəən xəbər verir ki, İngiltərənin
Bləkpul şəhərində yaşayan Canette Vorburton adlı 58 yaşlı bir
ingilis qadın həddindən artıq diş ağrısı səbəbilə intihar edib. Diş
ağrısına dözə bilməyən Canette şəhərdəki avtodayanacaqlardan
birinin beşinci mərtəbəsinə çıxıb və özünü 15 metr yüksəklikdən
ataraq intihar edib.
Hadisə bu il martın 29-da gerçəkləşsə də, qadının ərinin Milli
səhiyyə xidmətinin (NHS) səhlənkarlığı barədə şikayət etməsilə
ortaya çıxıb və mətbuatda bu həftə əks olunub.