İlk arvadını öldürdü, beşincisini baltaladı
12 İyul 2014 22:01 (UTC+04:00)
Türkiyədə dəhşətli cinayət hadisəsi yaşanıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Kocaelinin Kartəpə
rayonunun Akmeşə Məcidiyyə kəndində 64 yaşlı Abdulhadi Hakan adlı
şəxs üç uşağının anası olan beşinci həyat yoldaşı Aişə Hakanı
öldürməyə cəhd edib. Ər özündən 37 yaş kiçik olan arvadını
baltalayaraq qaçıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına zərərçəkənin övladları
xəbər verib.
Hadisə yerinə gələn polis və təcili yardım işçiləri qadının
bədənində çox sayda qırıq və kəsiklərin olduğunu müəyyən ediblər.
Qadın dərhal xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, axtarışları davam edən Abdulhadi Hakan bundan əvvəl
isə ilk həyat yoldaşını öldürdüyü üçün 16 il həbsdə olub.