Bakıda ağır yol qəzası baş verib

6 İyul 2012 16:34 (UTC+04:00)
Movqe.Az Daxili İşlər Nazirliyinin internet saytına istinadən Bakıda ağır yol qəzası baş verdiyi haqda xəbər verir. 

İyul ayının 5-də saat 19:45 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Teymur Yusiflinin idarə etdiyi "Chevrolet" markalı və Bakı şəhər sakini Eldar Rəhimovun idarə etdiyi "BMW X-5" markalı avtomaşınlar toqquşub.

Sonradan Rəhimov idarəetməni itirdiyindən avtomaşını yolun kənarında saxlanılmış Bakı şəhər sakini Turanə Yaqubovaya məxsus "Hyundai" markalı avtomaşına çırpıb.

Hadisə zamanı Yusifli hadisə yerində ölüb, xəsarət almış Rəhimov və sərnişini, Bakı şəhər sakini Rəfail Hacılı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az