Bakıda yarış keçiriləcək

13 İyul 2014 11:19 (UTC+04:00)
Bakıda keçiriləcək güləş üzrə Beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsində 40 ölkədən idmançılar mübarizə aparacaq

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , İyulun 25-dən 27-dək Bakıda, "Sərhədçi" İdman Olimpiya Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) ANS PRESS-ə bildiriblər ki, sayca 7-ci dəfə keçiriləcək yarışda dünyanın 40-a yaxın ölkəsindən 400-dək idmançı iştirak edəcək.

AGF yarışın hazırlıqlarını davam etdirir. Təşkilat Komitəsinin üzvləri müəyyənləşib və tədbirlər planına uyğun olaraq işlərin icrasına başlanılıb. Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq.

İyulun 26-da qadın, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.