“Yaxşı oynasa, Rihanna onun olacaq”
13 İyul 2014 12:00 (UTC+04:00)
Argentinalı qapıçısı Serxio Romero Dünya Çempionatını qazanacaqları
halda böyük bir mükafatın sahibi olacaq.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Argentinanın
Hollandiya ilə baş tutan qarşılaşmasında saxladığı penaltilərlə
komandasını finala çıxaran Romeroya arvadı tərəfindən maraqlı
təklif edilib. Belə ki, təcrübəli qolkiperin arvadı Eliana Queriso
Argentinanın kuboku qazanacağı halda, ərinin məşhur müğənni Rihanna
ilə bir həftə birlikdə olması üçün şərait yaradacağını vəd edib.
Onun bu sözləri sosial şəbəkədə əks-səda doğurub.
Bu açıqlamadan sonra Rihannanın ötən oyunda penalti atışları zamanı
Romero barədə yazdığı tviti silməsi də diqqət çəkib.
Barbadoslu məşhur müğənnin mövzu ilə bağlı hər hansısa bir açıqlama
verib-verməyəcəyi maraqlı olaraq qalır.