Sabah Bakıda atəşfəşanlıq olacaq

13 İyul 2014 13:18 (UTC+04:00)
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Bakıda konsert və atəşfəşanlıq olacaq.

Movqe.az xəbər verir ki , Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də Milli Parkda möhtəşəm konsert və atəşfəşanlıq olacaq.

BŞİH paytaxt sakinlərinə müraciət edərək onları müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycabnda rəhbərliyə gəlməsinin ildönümü münasinətilə iyulun 14-də saat 21:00-da Milli Parkda Saat qülləsinin yanında təşkil olunacaq bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1969-cu ildə iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib.