Azərbaycanlı referi Avropa Çempionatında

13 İyul 2014 14:00 (UTC+04:00)
FIFA-nın referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcək. Bu barədə AFFA-dan bildiriblər.

Qeyd edək ki, turnir iyulun 16-dan 31-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.