Yunanıstan özünə gəldi
13 İyul 2014 15:00 (UTC+04:00)
Yunanıstanın turizm sahəsindən gəlirləri 17 faiz artıb. Bu rəqəm
artıq Yunanıstan iqtisadiyyatının bərpa olmasından xəbər verir.
Yunanıstan Mərkəzi Bankının verdiyi məlumata əsasən, bu ölkənin
2014-cü ilin birinci rübündə turizm sahəsindən əldə olunan
gəlirləri 2013-cü illə müqayisədə 17, 3 faiz və ya 471,4 milyon
avro artıb, turistlərin sayı isə 15,4 faiz, başqa sözlə, 1,3 milyon
nəfər çox olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ölkənin 2013-cü ildə
turizm sahəsindən əldə olunan gəlirlər 15 faiz artaraq 12 milyard
avroya çatıb. Bu il Yunanıstanı 20 milyon turistin ziyarət etməsi
gözlənilir.
Qeyd edək ki, bu rəqəm artıq Yunanıstan iqtisadiyyatının bərpa
olmasından xəbər verir.