Tatlısəsi şoka salan elan

13 İyul 2014 15:17 (UTC+04:00)
Türkiyəli məşhur sənətçi yalan iddialara qarşı çıxıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, türk musiqi sənətinə özünəməxsus yeri olan müğənni İbrahim Tatlısəs internet saytlarının birində əmlakı ilə bağlı yalan məlumat gördüyü üçün məsələyə aydınlıq gətirməli olub.

Belə ki, müğənni saytlardan birində ona məxsus Bodrumdakı hotelin satışa çıxarıldığını görüb. "İmperator İbrahim Tatlısəsin hoteli 15 milyon lirəyə satılır" elanını görüb təəccüblənən sənətçi dərhal məsələni aydınlaşdırıb və yalan olması ilə bağlı "Twitter" hesabından açıqlama verib.

"Bizim o qiymətə satılacaq hotelimiz yoxdur! Saxtakarın biri yazıb yəqin..." -deyə müğənni tvitində qeyd edib.