Gürcüstanda seçkilər başa çatdı

13 İyul 2014 16:00 (UTC+04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın sözlərinə görə, yerli seçkilərin ikinci turunda bütün seçki prosedurları qanuna uyğun keçirilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bazar gününə keçən gecə Jvaniya şəhər icra hakimiyyətləri və bələdiyyə başçılarının seçkilərini şərh edərkən "Biz bütün prosedurları başa çatdırmamışıq, ona görə ümumi qiymət vermək çətindir, lakin biz iki şeyi deyə bilərik: bütün seçki prosedurları qanuna uyğun keçirilib və səsvermə dinc bir mühitdə baş tutub" - sözlərini ifadə edib.

Qeyd edək ki, Gürcüstan vətəndaşları şənbə günü, seçkilərin ikinci turunda 8: Tbilisi, Batumi, Rustavi, Poti, Qori, Msxeta, Ozurqeti və Telavi şəhərlərinin icra başçısını, eləcə də 13: Ahmet, Kvareli, Qori, Tianeti, Martvili, Kobuleti, Baqdati, Xoni, Tkibuli, Lançxuti, Tercola, Telavi və Xulo özünüidarəetmə orqanına başçı seçiblər.

MSK-nın ilkin məlumatına görə, bütün şəhər və rayonlarda hakim koalisiya olan "Gürcüstan Arzusu" irəlidədir.