İŞİD-dən tövbə açıqlaması
13 İyul 2014 16:06 (UTC+04:00)
Bütün dünyanı heyrətləndirən İraq Şam İslam Dövləti (IŞİD)
qruplaşması daha bir addımı ilə təəccübə səbəb olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, terror təşkilatı
əleyhdarlarına etdirilən tövbənin mətnini yayıb.
Tövbənin mətni belədir:
"Mən İslam dövlətinə qarşı döyüşmənin Allah və onun elçisinə qarşı
döyüşmək demək olduğunu təsdiqləyir və bir daha ona qarşı
savaşmayacağıma söz verirəm.
Ayrıca, İslam Dövlətinin xəbəri olmadan heç bir qrupa
qatılmayacağıma və və belə bir qruplar yaratmayacağıma, daha əvvəl
bağlı olduğum qrupun və öz şəxsi silahlarımız təslim edəcəyimə söz
verirəm. Bu şərtlədən birini yerinə yetirmədiyim halda
cəzalandırılacağımı istəyir və bunu təsdiq edirəm".
Tövbə etmək istəyənlər 2 şəkillə IŞİD-ə bağlı şəriət məhkəməsinə
müraciət edərək tövbə edir və bunu yazılı şəkildə imzalayır.
Qeyd edək ki, terror təşkilatı Allahın əmrində vuruşduğunu bəyan
etsədə, İraq və Suriyada günahsız insanlara və əsirlərə qarşı
vəhşicəsinə davranır. Bu isə İŞİD-in İslam dininin buyurduqlarını
deyil, tam əksinə hərəkət etdiyini təsdiqləyir.