“Eurovision” təmsilçiləri də soyunaraq aksiya keçirdi - FOTO

6 İyul 2012 17:01 (UTC+04:00)

May ayında Bakıda keçirilən 57-ci "Eurovision" Mahnı Müsabiqəsində İrlandiyanı təmsil edən 20 yaşlı dəlisov Jedvard qardaşları qeyri-adi aksiya təşkil ediblər. Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qardaşlar onları "Eurovision"da dəstəkləyən xanımlara təşəkkür etmək üçün yarıya qədər soyunaraq, azarkeşlərinə "sağ ol" deyiblər. 

Bu aksiyanı təkcə "Twitter"də 650 000 nəfər izləyib. Deyilənə görə, bu aksiya onların "Eurovision"da çıxışından da populyar olar bilər.
Qeyd edək ki, əkizlər Bakıda keçirilən "Eurovision"da heç də uğurlu çıxış etməyiblər və ancaq 19 yer tutublar.