Paytaxtda kran aşdı
13 İyul 2014 23:00 (UTC+04:00)
Paytaxtda kran avtomobillərin üzərinə aşıb.
Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, Zivər Əhmədbəyov
küçəsində kran aşıb. Hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin yaxınlığında baş verib.
Kran bir neçə maşını yararsız hala salıb.
Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən ANA PRESS-ə
verilən məlumata görə, hadisə zamanı insan ölümü və ya yaralanan
olmayıb:
"Bir neçə avtomobil yararsız vəziyyətə düşüb".