FIFA-nı faşist təşkilatı adlandırdılar

14 İyul 2014 00:11 (UTC+04:00)
FIFA Luis Suaresin cəzasını qüvvədə saxlayıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, futbolçunun apellyasiya şikayətinin rədd olunması onun vəkilini özündən çıxarıb.

Suaresin vəkili Alexandro Barbi FIFA-nı kəskin tənqid edib. Vəkil ali futbol qurumunu faşist təşkilatı adlandırıb:

"Biz bilirdik ki, FIFA şikayətimizi rədd edəcək. Ancaq təslim olmaq fikrimiz yoxdur. CAS-a şikayət etməyi planlaşdırırıq. Biz Luisin futbol oynamasını istəyirik. FIFA-nı Suaresə verdiyi bu cəza mürtəce, totalitar və faşist düşüncənin təzahürüdür. Burada futbolçularının hüququnun pozulduğu göz qabağındadır. Bu, bütün futbol dünyasında narahatlıq doğurmalıdır".