Kimlər Fatiməni kövrəltdi?: “Həmin günü unutmayacam” - FOTO

14 İyul 2014 11:17 (UTC+04:00)

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Şamıxıda yerləşən "Əlillər evi"nin sakinləri üçün iftar süfrəsi açıb. Movqe.az-ın məlumatına görə, Ramazan ayında xoş addım atan "Göyçək ləqəbli rəqqasəyə sənət dostları da dəstək olublar. Belə ki, müğənnilərdən Roza Zərgərli, Sevda Sanaliyeva, Sevinc Ağaşirinova, Elvin Abbasov, reper Qurd, "Banu rərqs" qrupu, prodüser Aysel Məhəmməd da həmin tədbirdə iştirak ediblər.

Rəqqasə Fatimə qısa da olsa tədbir barədə öz fikirlərini Movqe.az-a bölüşüb: "Quranda da var ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Mən bu müqəddəs ayda savayı hər zaman savab işlər görməyi özümə borc bilirəm. Şamaxıdakı əlillər evində keçirdiyim tədbirimizə gəldikdə çox gözəl gün yaşadıq. Deyərdim ki, həmin günü unutmayacam. Çünki orada ömrlərini sürən insanları görəndə ürəyim ağradı, özümü saxlaya bilmədim, kövrəldim. Çox pis oldum. Allaha çox şükür ki, özümü bir təhər toparlayıb, tədbiri keçirə bildim. Sənət dostlarım çox sağ olsunlar, birgə onları sevindirə bildik. Onlarda öz dəstəklərini əsirgəmədilər. Bu müğəddəs ayda Allah hər kəsin dualrını qəbul etsin".

Xeyriyyə tədbirində iştirak edən Fatimənin rəfiqəsi, müğənni Roz Zərgərli də öz təəssüratlarını dilə gətirib: "Bu tədbirə görə ilk öncə dostum Fatiməyə çox sağ ol deyirəm. Şamaxıda belə bir tədbirin baş tutacağını deyən zaman düşünmədən razılıq verdim. Çünki o insanların diqqətə ehtiyacı var. Mən özüm də bu cür xeyriyyə tədbirləri təşkil etmişəm. Bu addımın necə məsuliyyətli, olduğunu bilirəm".