Bakı bulvarında intihar

14 İyul 2014 14:25 (UTC+04:00)

Bakı bulvarına dincəlməyə gedənlər növbəti dəfə intihar hadisəsi ilə üz-üzə gəliblər. Son günlər insanların özünü öldürmək üçün məkan seçdiyi bulvarda yenə dəhşətli mənzərə ilə üzləşiblər. 


Səbail rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda Kürdəmir rayon sakini Allahverdi Yunisov özünü dənizə atıb. O, dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.